03 İyul 2026
Ölkə futbolu

“Araz Naxçıvan” baş məşqçi ilə müqavilə uzatdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan” baş məşqçisi Azər Bağırovun müqaviləsinin müddətini uzadıb.

İdmanxeber.az-ın məlumata görə, mütəxəssis daha bir il Naxçıvan təmsilçisinə rəhbərlik edəcək.

“Araz-Naxçıvan”da məşqçilər korpusu da dəqiqləşib. Rail Məlikov köməkçi, Miloş Yevtiç fiziki hazırlıq, Araz Bağırov analitik, Əfran İsmayılov seleksiya, Ramiz Kərimov qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirəcək.

Onlarla bir illik müqavilə bağlanılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43