14 İyul 2026
İdman

“Araz Naxçıvan” iki oyunçusu ilə yollarını ayırdı

“Araz-Naxçıvan” klubu iki futzalçısı ilə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumata görə, ölkə çempionu oyunçuları ilə müqaviləni yeniləməyib.

Bunlar braziliyalı Andreu Varqas və Viktor Poncedir.

Hər iki futzalçı ötən yay heyətə cəlb edilsə də, zədə üzündən mövsümün çox hissəsində komandaya kömək edə bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43