14 İyul 2026
Dünya futbolu

“Hər il Çempionlar Liqasını qazanmaq olmur” – Toni Kroos

“Real”ın yarımmüdafiəçisi Toni Kroos komandasının Çempionlar Liqasının yarımfinalında “Mançester Siti”yə uduzmasına münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı futbolçu turnirlə vidalşmağı faciə adlandırmayıb. O, məğlubiyyəti belə şərh edib:

“Əgər “Real”da oynayırsansa,  həmişə ən yüksək nəticələri qazanmalısan. Gözləntilər hər zaman böyük olur. Biz ÇL-ni bir neçə dəfə qazanmışıq, ancaq hər zaman bu tələb yerində qalır. Lakin bilməylik ki, hər il kuboku qazanmaq olmur”.

Çempionlar Liqasının finalında “Mançester Siti” “İnter”lə qarşılaşacaq. Oyun iyunun 10-da İstanbulda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43