Bu gün Misli Premyer Liqasında IV tura start verilib.
İdmanxeber.az-ın məlumatına görə, turun açılış matçında “Sumqayıt”la “Araz-Naxçıvan” qarşılaşıb. İki oyundan sonra aktivində 6 xalı olan Samir Abasovun yetirmələri Naxçıvan təmsilçisi görüşdən meydanı bir xalla tərk edib -1:1.
4 oyundan sonra aktivində 4 xalı olan “Araz Naxçıvan” altıncı, bir oyunu əskik “Sumqayıt” isə 7 xalla ikinci pillədə qərarlaşıb.
“Dalğa Arena”da reallaşan görüşü Kamal Umudlu idarə edib.
Qeyd edək ki, turun digər oyunları avqustun 26-27-də keçiriləcək.
Premyer Liqa
IV tur
25 avqust
20:00. “Araz-Naxçıvan” – “Sumqayıt” 1:1
Baş hakim: Kamal Umudlu
“Dalğa Arena”

