Kateqoriyasız

“Araz-Naxçıvan”ın futbolçusuna milli dəvət

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı qolkiper Avro-2024-ün seçmə mərhələsində noyabrın 17-də Albaniya, 3 gün sonra Çexiya yığması ilə keçiriləcək matçlar üçün Moldova millisinə çağırılıb.

Moldova yığmasına “Turan Tovuz”dan Denis Marandiçi də dəvət alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43