İdman

Serbiyalı tennisçi növbəti titulunu qazandı

Novak Cokoviç növbəti titulunu qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, serbiyalı raket ustası Parisdə keçirilən mövsümün sonuncu “Masters” turnirində qələbə qazanmağı bacarıb.

Cokoviç finalda bolqarıstanlı rəqibi Qriqor Dimitrovu 6-4, 6-3 hesabıyla 2-0 məğlub edib. Bu dünya 1 nömrəsinin sayca 97-ci kuboku olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43