Dünya futbolu

Ərəblər fransalı müdafiəçini istəyir

“Əl-Nəsr” “Mançester Yunayted”də çıxış edən Rafael Varanla yaxından maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə Ərəbistan klubu fransalı müdafiəçini yanvarda heyətinə qatmaq istəyir.

Varan bu mövsüm MY-in heyətində bütün turnirlərdə 10 oyuna çıxıb və 1 qol vurub.

Transfermarkt portalına görə oyunçunun dəyəri 35 milyon avro təşkil edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43