30 İyun 2026
Ölkə futbolu

“Araz-Naxçıvan”ın rəqibi gücləndi

“Araz-Naxçıvan”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Aris” heyətini gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, Yunanıstan təmsilçisi AEK-dən Feorgios Athanasiadisi transfer edib. 32 yaşlı qapıçı ilə 1 illik sözləşmə bağlanıb.

 “Araz-Naxçıvan” “Aris”lə ev oyununu iyulun 24-də, səfər matçını isə iyulun 31-də keçirəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43