İdman

Arda Turanın “Qalatasaray”a qayıtmasına sayılı günlər qaldı

"Qalatasaray" sabiq futbolçusu Arda Turanı geri qaytarır.

İdmanxeber.com-un məlumatına görə, "sarı-qırmızılar" yaxın 1-2 gün ərzində futbolçunun hazırkı klubu "Barselona" rəhbərliyi ilə masa arxasına əyləşəcək. İstanbul klubu sabiq yarımmüdafiəçilərini icarə əsasında heyətinə qatmağı planlaşdırır. 30 yaşlı yarımmüdafiəçi isə əvvəlki komandasına qayıtmağa dünəndən razıdı. Kataloniya təmsilçisinin baş məşqçisi Ernesto Valverdenin Superkubok matçında Ardanı "18"liyə salmaması isə "Qalatasaray" cəbhəsində ümid qığılcımları yaradıb.

Futbolçunun "cim-bom"a keçidi rəsmiləşərsə əvvəlki kimi kapitanlıq sarğısının da ona tapşırılması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43