Kateqoriyasız

“Arsenal” – “Çelsi” oyununa doğru: mətbuat konfransı və açıq məşqlərin vaxtı açıqlandı

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununda qarşılaşacaq “Çelsi” və “Arsenal” komandalarının oyunöncəsi mətbuat konfransı və mətbuat üçün açıq məşqlərinin vaxtları müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, həm açıq məşqlər, həm də mətbuat konfransları mayın 28-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

28 may, Bakı Olimpiya Stadionu

“Arsenal”

Saat 17:45. Baş məşqçi və 2 futbolçunun iştirakı ilə mətbuat konfransı

Saat 18:30. Mətbuat üçün açıq məşq

“Çelsi”

Saat 20:15. Baş məşqçi və 2 futbolçunun iştirakı ilə mətbuat konfransı

Saat 21:00. Mətbuat üçün açıq məşq

Tədbirlərdə müvafiq qaydada akkreditasiyadan keçmiş mətbuat nümayəndələri iştirak edə bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43