Kateqoriyasız

Yay fasiləsində “Qarabağ”dan ilk transfer

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” yay fasiləsində ilk transferini reallaşdırmaq üzrədi.

İdmanxeber.az “supersport.az”a istinadən zəbər verir ki, “Qarabağ” ötən mövsümü “Sumqayıt”da keçirən keçmiş futbolçusu Əfran İsmayılovu heyətinə cəlb edəcək.

Məlumatda bildirilir ki, 31 yaşlı yarımmüdafiəçi dünən Ağdam klubunun bazasında olub, rəhbərlik və baş məşqçi Qurban Qurbanovla görüşüb. Yaxın günlərdə tərəflər arasında müqavilə imzalanacağı gözlənilir.

Məlumat üçün bildirək ki, Ə.İsmayılov karyerasında 2006–2013-cü, 2015-2018-ci illərdə “Qarabağ”ın, sonra “Turan” (2009), “Bakı” (2013–2014), “Xəzər Lənkəran” (2014), Bakının “İnter” (2015), “Sumqayıt” (2018-2019) klublarının, həmçinin milli komandanın formasını geyinib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43