“Arsenal” müdafiəçi Vilyam Saliba ilə uzunmüddətli müqavilə imzalamaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun hazırkı müqaviləsi 2024-cü ilə qədərdi. Klub onunla sözləşmənin uzadılması üçün danışıqlara başlasa da, hələ də razılıq əldə olunmayıb.
22 yaşlı fransalı mart ayında Avropa Liqasında “Sportinq”lə matçda zədələndiyi üçün mövsümün qalan hissəsində yaşıl meydanlardan kənar qalıb.
O, cari mövsüm “Arsenal”ın heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

