“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının “Mançester Siti” oyununa hazır olduğunu bildirib.
İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis Eduardo Kamavinqanın zədəsi barədə açıqlama verib. Həftəsonu dizindən zədələndiyi bildirilən fransalının “şəhərlilər”lə görüşə hazır olacağı vurğulanıb.
“Mançester Siti” – “Real” oyunu bu axşam saat 23:00-da start götürəcək.

