Alessandro Bastoni karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Arsenal” 26 yaşlı müdafiəçini transfer etmək istəyir. “Inter” isə futbolçunun satışına açıqdır və onun üçün 90–100 milyon avro tələb edir.
Bastoninin “İnter”lə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. O, cari mövsümdə 33 oyunda 2 qol və 6 assistlə yadda qalıb.

