“Milan” növbəti transfer hədəfini müəyyənləşdirib.
İdmanxeber.az-ın məlumatına görə, “rossonyerlər” “Borussia”nın hücumçusu Serhu Qirassi ilə maraqlanır və artıq Almaniya klubuna rəsmi təklif göndərib.
29 yaşlı Qvineya millisinin forvardının “Borussiya” (Dortmund) ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir. Futbolçunun “Milan”a keçidə münasibəti isə hələlik bəlli deyil.

