“Yuventus”un hücumçusu Federiko Kyeza karyerasını Premyer Liqada davam etdirə bilər
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı italiyalının transferində “Arsenal” maraqlıdır. “Yuventus” futbolçunu 60 milyon avroya buraxmağa hazırdı.
Daha əvvəl Kyezanın Turin klubundan ayrılmaq qərarına gəldiyi bildirilirdi.
Ötən mövsüm futbolçu bütün yarışlarda 33 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.

