Dünya futbolu

“Arsenal”dan transferə 200 milyon

“Arsenal” bu yay transferə 200 milyon funt-sterlinqdən çox xərcləyə bilər.

İdmanxeber.az-ın məlumatına görə, cari mövsüm çempionluq mübarizəsi aparan London klubu növbəti ildən daha güclü olmağa iddialıdır. 

Baş məşqçi Mikel Arteta rəhbərlikdən rekord məbləğdə transfer büdcəsi tələb edib.

Mütəxəssis iki hücumameyilli oyunçu  eyni sayda müdafiəçi almaq niyyətindədir. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43