Dünya futbolu

Azarkeşlərdən Haalanda hədiyyə

“Mançester Siti”nin hücumçusu Erlin Haaland tərəfdarlardan hədiyyə alıb.

İdmanxeber.az-ın məlumatına görə, “Everton” azarkeşləri 22 yaşlı futbolçuya “Everton azarkeşlərindən APL rekordçusu Haalanda” yazısı olan buts göndəriblər.

Mayın 4-də norveçli 35-ci qolunu vuraraq Premyer Liqada bir mövsümündə ən çox qol vuran futbolçu oldu.

Haaland Premyer Liqanın 2022/23 mövsümündə indiyədək “şəhərlilər”nin heyətində 33 oyuna çıxıb, 36 qol vurub və 7 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43