“Arsenal”ın futbolçusu Jorjinyo “Flamenqo”ya transfer olunub.
İdmanxeber.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına kimi müqavilə imzalanıb.
İtaliya millisinin üzvü bu mövsüm “Arsenal”ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol vurub. O, 2023-cü ilin yayında “Çelsi”dən “Arsenal”a keçmişdi.

