25 İyun 2026
Ölkə futbolu

“Atanqana gözlənilən effekti vermədi”

“Assimba Atanqana “Qəbələ” qapıçı ala bilmədiyi üçün oynayır. Adətən qaradərili qolkiperlərin texnikaları fərqli olur. Düzdür, bura qədər elə ciddi səhvi olmamışdı komandada. Ancaq beləsi görüşlərdə kömək etməli idi, edə bilmədi. Ola bilsin təcrübəsi çatmadı və ya tələsdi. Hər halda, gözlənilən effekti vermədi”.

Bu sözləri idmanxeber.az saytına “Kəpəz” klubunun sabiq qapıçısı Xəyal Zeynalov “Qəbələ”nin dünən “Omoniya” görüşündə qapısını qoruyan ispaniyalı qolkiperin performansını dəyərləndirərkən deyib. O, daha sonra belə davam edib:

“Bir səhvdən ötəri qapıçı dəyişmək, yenisini almaq çətin məsələdir. Bunlar ilk öncə klubların daxili məsələsidir. Açığı, Atanqana yeni-yeni oynamağa başlayır. Gələndən ehtiyat skamyasındadı. Çox da böyük şans almayıb. Futbolda hər şey olur. Cavab oyununda elə çıxış edər ki, hamımız dediyimiz sözlərdən utana bilərik”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43