Millimizin hücumçusu Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda evdə İsveç “Lütsern”inə məğlub oldu (1:2).
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmanın ikinci hissəsində əlverişli vəziyyəti qola çevirə bilməyən 21 yaşlı hücumçu bunu sığortalayacağına inanır:
“Lütsern”lə oyunda əlimə düşən qol şansını qaçırdığım üçün məyusam. Adətən belə imkanlardan daha yaxşı yararlanıram. Növbəti şansı əldə etməyə çalışacağam. Nəticə yaxşı olmadı. Bu, məyusedicidir. Amma təslim olmayacağıq. Cavab görüşündə vəziyyəti dəyişməyə çalışacağıq”.
Gənc futbolçu hələ ideal formada olmadığını etiraf edib: “Mümkün olan ən yaxşı fiziki formama çatmaq üçün mənə bir az vaxt lazımdır. İsveçdə mövsümün ortasındayıq və buradakı futbolçular artıq 15-dən çox oyun keçiriblər. Sabiq komandamla təlim-məşq toplanışında idim, ancaq yaxşı formaya düşmək üçün bir qədər oyun vaxtı lazımdır. Fiziki durumumu yaxşılaşdırmaq üçün bir neçə görüş kifayət edər. Həm də komandanı daha yaxşı tanımalıyam ki, meydanda qarşılıqlı əlaqə yüksək səviyyədə olsun. Bir neçə qarşılaşmadan sonra hər şey yaxşı olacaq”.
Qeyd edək ki, “Yurqorden”lə “Lütsern” arasında cavab oyunu avqustun 3-də ikincilərin meydanında keçiriləcək.

