17 İyul 2026
Dünya futbolu

“Atletiko” istəyir, fransalı qayıtmır

“Milan”ın müdafiəçisi Teo Hernandes bu yay komandanı tərk etmək fikrində deyil.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu klubdakı mövqeyindən razıdır və ayrılmaq istəmir. Daha əvvəl “Atletiko”nun oyunçuçunu geri qaytarmaq istədiyi bildirilirdi.

Fransalı futbolçu bir dönəm Madrid təmsilçisində çıxış edib. Milanlılar Hernandesi 80 milyon avroya buraxmağa hazırdır.

A Seriyasının son mövsümündə 25 yaşlı Ernandes 4 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43