“Çelsi”nin hücumçusu Romelu Lukaku “Milan”a keçə bilər.
İdmanxeber.az-ın “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, Milan klubu “İnter”də icarə əsasında çıxış edən belçikalı futbolçunu transfer etməyi düşünür.
“Milan” Lukakunu 40 milyon avroya verməyə hazır olan “Çelsi” ilə danışıqlara başlayacaq. “İnter” belə bir məbləğ ödəyə bilmir və yalnız 30 yaşlı futbolçunu icarəyə götürməyə hazırdır.
Lukaku 2019/2020, 2020/2021 və 2022/2023 mövsümlərində “İnter”də çıxış edib. Sonuncuda o, 25 liqa oyununda 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

