17 İyul 2026
Ölkə futbolu

Xəbərimiz təsdiqləndi: “Səbail” transferini açıqladı – RƏSMİ

“Səbail” daha bir transferini açıqlayıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bahadur Həziyev heyətə cəlb olunub.

Bakılılar Birinci Diviziona düşən “Şamaxı”nın yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalayıblar. 24 yaşlı futbolçu 2020/2021 mövsümündə də “Səbail”in formasını geyinib.

Xatırladaq ki, Həziyevin Bakı klubuna keçəcəyini ilk olaraq idmanxeber.az saytı yazmışdı. 

Qeyd edək ki, “Səbail” yay fasiləsində buna qədər Səlahət Ağayev və Coşqun Diniyevin transferini açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43