17 İyul 2026
Dünya futbolu

İlkay “Barselona”dan pulsuz ayrıla bilər

İlkay Gündoğan “Barselona” ilə müqaviləyə ayrılmaq şərtini daxil edib.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər 2+1 illik sözləşmə imzalayıb. “Mançester Siti”nin sabiq yarımmüdafiəçisi müqaviləyə La Liqada qeydiyyat zəmanəti ilə bağlı bəndin daxil edilməsində israr edib.

Müqavilədə qeyd olunur ki, “Barselona” Gündoğanı La Liqanın yeni mövsümünün ilk dövrəsindən əvvəl (şərti olaraq 11-13 avqust) qeydiyyatdan keçirəcək.

Bu baş verməsə, alman futbolçunun klubu pulsuz tərk etmək hüququ olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43