17 İyul 2026
Dünya futbolu

“Roma” Mourinyo üçün etiraz edəcək

“Roma” baş məşqçi Joze Mourinyonun cəzalandırılmasına etiraz etmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis Avropa Liqasının “Sevilya” ilə final matçının ardından (1:1, pen. 1:4) hakimi təhqir etdiyi üçün 4 oyunluq cəza alıb. O, həlledici oyununda Antoni Teylorun işindən narazı qalmışdı.

Mourinyo matç başa çatdıqdan sonra hakimi təhqir edib. Nəticədə UEFA təcrübəli çalışdırıcını 4 oyunluq cəzalandırıb.

Beləliklə, Mourinyo 2023/24 mövsümündə Avropa Liqasının qrup mərhələsinin əksər oyunlarını buraxacaq.

Bundan başqa, UEFA “Roma”nı komandanın və onun azarkeşlərinin nalayiq davranışına görə 55 min avro cərimələyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43