Bu gün Bakıda keçirilən 17 yaşlı futbolçulardan ibarət komandaların Avropa çempionatında 1/4 finalın ilk iki qarşılaşması keçiriləcək.
İdmanxeber.com-un məlumatına görə, hər iki oyun Mərdəkanda yerləşən "Dalğa Arena"da keçiriləcək.
Günün ilk oyununda çempionluqa iddialı Portuqaliya millisi Avstriya ilə qarşılaşacaq. Turnirin iki iddialı komandası – Almaniya və Belçika isə saat 20:00-da münasibətlərə aydınlıq gətirməyə çalışacaq.
17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi
14 may
20:00. Almaniya – Belçika – 1:0
Qol: Renat Dadaşov, 46 (1:0)
Baş hakim: Qunnar Yarl Yonsson (İslandiya)
Hakimin köməkçiləri: Balaj Buzas (Macarıstan), Lazaros Dimitriadis (Yunanıstan)
Dördüncü hakim: Petr Ardeleanu (Çexiya)
“Dalğa Arena” stadionu
15:00. Portuqaliya – Avstriya – 5:0
Qollar: Joze Qomes, 7-pen (1:0), 18 (2:0), 47 (3:0), Mesakyu Dyu, 51 (4:0), Miqel Luis, 77 (5:0)
Baş hakim: Fran Yoviç (Xorvatiya)
Hakimin köməkçiləri: Marios Dimitriadis (Kipr), Georgi Todorov (Bolqarıstan)
Dördüncü hakim: Peter Kraloviç (Slovakiya)
“Dalğa Arena” stadionu

