Kateqoriyasız

Baş məşqçidən açıqlama: ”Erməniləri yaxşıca döydük”

Xəbər verdiyimiz kimi, Ukraynada kunq fu və uşu üzrə keçirilən Avropa Çempionatında azərbaycanlı və erməni idmançılar arasında kütləvi dava düşüb.

Azərbaycan yığmasının baş məşqçisi Ramil Allahverdiyev hadisə ilə bağlı açıqlama verib.

O bildirib ki, davaya ermənilərin qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldıraraq təxribata əl atması səbəb olub.

Məşqçi “DQR”ın bayrağını ermənilərin əlindən alaraq cırdığını bildirib: “Yarışda Azərbaycanı 5 idmançı təmsil edirdi. Ermənilər qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını meydanda qaldırmaq istədilər. Bu, bizə qarşı təxribatdır. Nəticədə dava düşdü, erməniləri yaxşıca döydük. Onların bayraqlarını əllərindən alıb cırdıq. Yarışda bizim idmançımız erməni rəqibini udmuşdu. Onlar da bizi qıcıqlandırmaq üçün bu addımı atdılar. Biz də cəzalarını verdik. Şükür Allaha, bizdən heç kim döyülməyib, xəsarət də almamışıq. Ermənilərin qabırğaları, ayaqları sınıb. Onlar arasında kəllə-beyin travması alanlar var. Ermənilər bizi Ukrayna polisinə şikayət ediblər” (azvision.az).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43