15 İyul 2026
Dünya futbolu

Avropa çempionatı Türkiyədə keçirilə bilər

Türkiyə 2028 və 2032-də keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Gənclər və İdman Naziri Muharrem Kasapoğlu müvafiq sənədləri imzalayıb. Aprelin 12-də Türkiyə Futbol Federasiyası turnilərin birinə ev sahibliyi etmək üçün UEFA-ya müraciət edəcək.

Qardaş ölkə ilə yanaşı, Şimali İrlandiya, İrlandiya və Şotlandiya və Uels AVRO 2028-ə qapılarını açmaq üçün namizədləyini təqdim edəcək.

İtaliya isə 2032-ci ildə keçiriləcək turnirə ev sahibliyi etmək niyyətindədir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43