15 İyul 2026
Ölkə futbolu

Azərbaycan – Türkiyə matçına hakim təyinatları

Qadın futbolçulardan ibarət komandaları arasında aprelin 8-də və 11-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan-Türkiyə yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, aprelin 8-də keçiriləcək qarşılaşmanı Gürcüstandan, 11-də təşkil olunacaq oyunu isə Rumıniyadan olan FIFA referiləri idarə edəcək.

İlk oyunun baş hakimi Teona Sturua olacaq. Ona həmyerliləri Xatuna Maisuradze və Ketevan Qaiparaşvili kömək edəcəklər.

Kristina Mariana Trandafir ikinci matçın baş hakimi, Elena Mihaila Tepusa və Roxana İvanov yan xətt hakimləri olacaqlar.

Hər iki matçda dördüncü hakim funksiyasını Fəridə Lütfəliyeva yerinə yetirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43