“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan çempionu Portuqaliya klubu “Braqa” ilə qarşılaşıb.
İlk görüşdə rəqibini səfərdə 4:2 hesabı ilə məğlub edən Ağdam təmsilçisi bu dəfə doğma azarkeşləri önündə – Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxıb. Qarşılaşmanın əsas vaxtı 0:2 “Braqa”nın xeyrinə başa çatdığı üçün görüşdə əlavə vaxt qeydə alınıb.
Əlavə vaxtlarda komandamız 2 qol vurduğu üçün iki oyunun nəticəsinə görə 1/8 final mərhələsinə yüksəlib – 2:3.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunu
22 fevral
21:45. “Qarabağ” (Azərbaycan) – “Braqa” (Portuqaliya) 2:3
Qollar: Rojer Fernandes, 70 (0:1), Alvaro Djalo, 83 (0:1), Mateus Silva, 102 (1:2), Simon Banza, 115-pen. (1:3), Nəriman Axudzadə, 120+2 (2:3)
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 57
Baş hakim: Georgi Kabakov (Bolqarıstan).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 4:2.

