Kateqoriyasız

Avropa Liqası: “Qarabağ” birinci yerdədir – FOTO

UEFA Avropa Liqasının qrup mərhələsində mübariz aparan ən yaxşı komandaların adlarını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə,  siyahıda Azərbaycan təmsilçisi “Qarabağ” da yer alıb.  Son 4 matçda qələbə qazanan Ağdam klubu birinci pillədə göstərilib. Siyahı komandaların yerli çempionat və avrokubokdakı nəticələrinə əsasən hazırlanıb.

“Köhlən atlar” keçirdiyi son 5 qarşılaşmanın 4-də qələbə qazanıb, 1-də isə məğlub olub.

Qeyd edək ki, “Qarabağ” oktyabrın 6-da UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43