Kateqoriyasız

Milli üzvü dünya çempionatında iştirak etməyəcək

6-12 oktyabr 2022-ci ildə Daşkənddə baş tutacaq böyüklər arasında cüdo üzrə dünya çempionatında +100 kq. çəki dərəcəsində çıxış etməli olan Azərbaycan cüdoçusu Uşanqi Kokauri 3 oktyabrda axşam məşqində zədələndiyinə görə, milli yığmanın tibbi heyətinin qərarına əsasən milli yığmanın heyətindən çıxarılıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Uşanqi Kokaurinin müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.

Federasiyanın qərarına əsasən, heyətə Azərbaycan millisinin üzvü, -81 kq. çəkidə mübarizə aparan idmançımız Elcan Hacıyev daxil edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43