UEFA Avropa Liqası qrup mərhələsi çərçivəsində səfərdə “Hakken”lə qarşılaşacaq “Qarabağ” İsveçdə dəstəksiz qalmayacaq.
İdmanxeber.az-a verilən məlumata görə, Ağdam təmsilçisini 300-dən çox azarkeş qələbəyə səsləyəcək. İsveçdə və yaxın ölkələrdə yaşayan həmyerlilərimiz oyuna gəlmək üçün artıq “Qarabağ” klubuna müraciət edib.
Qeyd edək ki, oktyabrın 5-də Höteborqda reallaşacaq “Hakken” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

