04 İyul 2026
Dünya futbolu

“Ayaks” yeni transferini açıqladı

“Ayaks” “Midsbro”nun hücumçusu Çuba Akpomu transfer edib.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı ingilislə müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Amsterdam klubu futbolçu üçün 12,3 milyon avro ödədiyini bildirib.

Oyunçu 10 nömrəli forma ilə mübarizə aparacaq.

“Arsenal”ın yetirməsi olan Akpom ötən mövsüm liqada 38 oyuna çıxıb, 28 qol vurub və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43