“Bavariya”nın hücumçusu Harri Keyn klubdakı ilk mövsümdən gözləntilərini bölüşüb.
İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli hücumçu Münhen klubuna titullar qazanmaq üçün gəldiyini bildirib:
“Bir çox insanlar bura niyə gəldiyimdən danışırlar. Mən təkmilləşmək, hər il titullar qazanmaq üçün “Bavariya”dayam. Çempionlar Liqasında irəli getmək və öz həddimi aşmaq üçün gəldim. “Bavariya” kimi klubda oynayanda qalib gəlməlisən. Bu barədə heç bir şübhə yoxdur”.
Bundesliqanın 2023/24 mövsümünün ilk turunda “Bavariya” avqustun 18-də səfərdə “Verder”lə qarşılaşacaq.

