İdman

“Ayntraxt”dan qovulan Renat Dadaşov qardaşının klubuna yollanıb

Azərbaycan millisinin futblçusu Renat Dadaşov Almaniyanın “Ayntraxt” klubundan ayrılıb.

İdmanxeber.com-un məlumatına görə, 18 yaşlı hücumçu hazırda qardaşı Rüfət Dadaşovun formasını geyindiyi Berlin “Dinamo”sunun düşərgəsindədir. O, formasını qorumaq üçün Almaniyada Regional Liqanın Şimal-Şərq zonasında (IV divizion) mübarizə aparan paytaxt təmsilçisinin məşqlərinə qatılır.

“Ayntarxt” milli üzvünə özünə klub tapması üçün icazə verib.

Qeyd edək ki, “Ayntarxt”ın yetirməsi olan Renat Dadaşov U-19 komandasının heyətində komanda yoldaşını vurduğu üçün transferə çıxarılıb. Onun Frankfurt təmsilçisi ilə 2020-ci ilin iyununadək müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43