İdman

“Azərbaycan “Qarabağ”ın oyunçularından qurulmuş komandadır” – Makedoniyanın baş məşqçisi

“Futoblçularımın yaxşı çıxış etməsini arzu edirəm. Düşünürəm ki, komandam gözəl oyun sərgiləyəcək. Azərbaycanı məğlub etməkdən ötrü, gücümüzü ortaya qpyacağıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri millimizlə oyun öncəsi Makedoniya yığmasının baş məşqçisi İqor Angelovski deyib. Azərbaycanla oyun haqda danışan çalışdırıcı fikirlərini belə izah edib: “Azərbaycan yığması “Qarabağ”ın oyunçularından qurulmuş yaxşı komandadır. Heyətin 80 faizi, o cümlədən, baş məşqçi bu klubdandır. Bizə maksimum intizamlı və məsuliyyətli çıxış etmək lazımdır. Yaxşı oyun gözləyir, öz futbolçularıma inanıram”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43