16 İyul 2026
Dünya futbolu

Azərbaycan klubundan ayrılan hücumçu Belçikada oynayacaq 

“Araz-Naxçıvan”ın hücumçusu Ba-Muaka Simakala karyerasını Belçikada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı futbolçu “KAS Eupen” klubu ilə müqavilə imzalayıb. Klub transferi rəsmi sosial media hesabları vasitəsilə açıqlayıb.

Qeyd edək ki, Simakala ötən mövsüm “Araz-Naxçıvan”ın heyətində 36 oyunda çıxış edib və 9 qol vurub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43