Futbol üzrə Azərbaycan II Liqasında komanda sayı artırılıb.
İdmanxeber.az-ın məlumatına görə, qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub və say 12-dən 14-ə çatdırılıb.
Daxili İşlər Nazirliyinin “Dinamo” və Qusarın “Şahdağ” kollektivlərinin turnirdə mübarizə aparacaqları vurğulanıb.
Qeyd edək ki, II Liqada, həmçinin, “Füzuli”, “Göygöl”, “Ağdaş”, “Sportinq Baku”, “Qusar”, “Marxal Şəki”, “Şəfa Baku”, “Cəbrayıl”, “Lerik”, “Kürmük Qax”, “Şəmkir” və “Kür-Araz” komandaları da iştirak edəcəklər.

