Azərbaycan Kubokunda I təsnifat mərhələsinə bu gün yekun vurulacaq.
İdmanxeber.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutacaq.
Bütün görüşlər PFL-in “AzPFL” yutub kanalında canlı yayımlanacaq.
Azərbaycan Kuboku
I təsnifat mərhələsi
10 oktyabr
14:00. “Göygöl” – “Şəmkir”
Hakimlər: Murad Səlimov, Eyyub İbrahimov, Samir Qaracayev, Rövşən Rəcəbov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu
14:00. “Quba” – “Xankəndi”
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Zakir Şükürzadə, İslam Məmmədov.
Quba Olimpiya İdman Kompleksinin stadionu
Dünən baş tutan oyunlardan sonra “Sheki City”, “Qaradağ Lökbatan”, “Dinamo” və “Ağstafa Gəncləri” II təsnifata yüksəlib.

