14 İyul 2026
Ölkə futbolu

Azərbaycan Kubokunun finalına doğru – iki futbolçu oynaya bilmir

Bu gün Azərbaycan Kubokunun finalında “Qarabağ”la “Sabah” üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, vacib görüş öncəsi iki komanda da rahatdır. Hər iki tərəfdə cəmi bir itki var.

“Sabah”da zədəli Seymur Məmmədov komandasına kömək edə bilməyəcək. Uzun müddətdir yaşıl meydanlardan kənar olan Amin Seydiyev isə komanda ilə məşqlərə çıxır. Onun bugünkü görüşün “23-lüy”ündə olması gözlənilir.

“Qarabağ”da isə Aleksey İsayev matçı kənardan izləyəcək. Komandada başqa itki yoxdur.

Qarşılaşma bu gün saat 19:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43