04 İyun 2026
Ölkə futbolu

Azərbaycan – Macarıstan oyununun stadionu açıqlandı

Azərbaycan milli komandasının Macarıstan yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri müəyyənləşib.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma rəqibini iyunun 10-da “Liv Bona Dea Arena”da qəbul edəcək.

Qarşılaşmanın başlama saatı hələlik məlum deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43