Kateqoriyasız

“Azərbaycanla Ermənistan arasında atəşkəs razılığı əldə olunub” – Xüsusi xəbər

Regiondakı nizamlanmanın əsasını Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatlar təşkil edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı Rusiya tərəfinin mövqeyi Rusiya XİN-in bəyanatında öz əksini tapıb. Daha ətraflı mövqe isə Rusiya XİN-in dördüncü MDB departamentinin rəisi Denis Qonçarın müsahibəsində öz əksini tapıb. Təəssüflər olsun ki, atəşkəs haqqında birinci razılaşmadan sonra atışmalar olub. Dünən yeni razılıq əldə olundu. Ümid edirik ki, bu razılığa riayət olunacaq. Bir daha tərəfləri təmkinli olmağa və bütün problemləri siyasi-diplomatik yolla həll etməyə çağırırıq”, – deyə o bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43