25 İyun 2026
Ölkə futbolu

Azərbaycanlı futbolçu klub tapa bilmir – təkliflər qane etmir

“Zirə”dən ayrılan Məqsəd İsayev özünə klub axtarışındadır. 

İdmanxeber.az-a verilən məlumata görə, təcrübəli futbolçu “İmişli” klubu ilə danışıq aparsa da, tərəflər ortaq məxrəcə gələ bilməyib. Buna səbəb maliyyə şərtləridir.

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq bölgə klubunun təklifi İsayevi qane etməyib. O, İmişli təmsilçisinin önərdiyi maaşla razılaşmayıb. 

Millimizin sabiq üzvü “Sumqayıt”la da danışıq aparıb. Ancaq təcrübəli müdafiəçi hələlik “kimyaçılar”la da razılığa gələ bilmir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43