25 İyun 2026
İdman

Çempionlar Liqası: “Sabah”ın rəqibləri bəlli oldu

Basketbol üzrə Çempionlar Liqasının müntəzəm mövsümünün püşkatma mərasimi keçirilib.

İdmanxeber.az xəbər verir ki, mərasim İsveçrənin Lozanna şəhərində təşkil olunub.

Tədbirdə Azərbaycan təmsilçisi “Sabah” rəqiblərinin də adına aydınlıq gəlib.

Püşkatmanın nəticələrinə əsasən, “Sabah” B qrupunda yer alıb. Bakı klubu “Nimburk” (Çexiya), “Alba” (Almaniya) və təsnifat mərhələsindən gələcək komanda ilə qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasının müntəzəm mövsümünə oktyabrın 7-də start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43