24 İyun 2026
Dünya futbolu

Messi Amerika klubu ilə müqavilə uzadır?

Lionel Messi “İnter Mayami” ilə müqavilə uzada bilər.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər əməkdaşlığı davam etdirməkdə qərarlıdır. Argentinalı futbolçu ABŞ klubu ilə müqaviləsinin uzadılmasına müsbət yanaşır.

Hazırkı sözləşmə bu ilin sonuna qədər qüvvədədir. “İnter Mayami” hazırda Şərq Konfransında turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb və lider “Filadelfiya”dan 11 xal geri qalır. Mayami təmsilçisinin ehtiyatda 4 oyunu var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43