Latviya klubu azərbaycanlı futbolçu Ədilxan Qarəhmədovu rənglərinə bağlamaq istəyib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, oyunçunun xidmətində “Dauqavplis” maraqlı olub. Tərəflər arasında danışıqlar baş tutsa da, razılıq əldə olunmayıb.
Buna səbəb 22 yaşlı oyunçunun karyerasını I Liqa təmsilçisi “İrəvan”da davam etdirmək istəməsidir. Qarəhmədovun yaxın günlərdə yeni komandasına qoşulacağı bildirilir.

