Xavi Simons PSJ-yə keçidi tamamlandıqdan sonra icarə əsasında “Leypsiq”ə qoşula bilər.
İdmanxeber.az-ın məlumatına görə, Paris klubu 6 milyon avroya Xavini PSV-dən transfer etdi. Simons ilə 4 illik müqavilə imzalanacaq.
Mbappe və Neymar komandada qalacağı təqdirdə, Fransa komandası onu icarəyə göndərəcək.
Xavi keçən mövsüm PSV-nin heyətində 48 oyuna çıxıb və 22 qol vurub.

