12 İyul 2026
Ölkə futbolu

“Azarkeşlər bir az səbrli olsunlar” – “Turan Tovuz”un futbolçusu

“Bizim üçün çox çətin oyun oldu. Hamı elə düşünürdü ki, “Səbail” sonuncu sıradadır deyə, yüz faiz udacağıq. Ancaq gördüyünüz kimi çətin oyun oldu. Matçda elə çox epizodlar da olmadı. Məncə, iki xal itirdik. Bu görüşdə 3 xal bizə çox lazım idi. Ancaq təəssüf ki, alınmadı”.

Bu sözləri İdmanxeber.az saytına “Turan Tovuz”un futbolçusu Ayxan Hüseynov “Səbail” oyunu (0:0) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Komandanın boşaldığını düşünənlər var. Ancaq biz hələ 4-cü pillədəyik, avrokuboklar üçün şansımız davam edir. Növbəti oyunda evdə “Sabah”ı qəbul edəcəyik. Olduqca vacib görüşdü. Hazırda bu oyuna hazırlaşırıq”.

Ayxan Hüseynov “Səbail” matçının ardından azarkeşlərlə futbolçular arasında baş vermiş qalmaqaldan da danışıb:

Azarkeşlərə demək istəyirəm ki, bir az səbrli olsunlar. Onlara hər zaman minnətdarıq. Hər oyun tribunada olurlar, bizi tək qoymurlar. Dəstəklərini həmişə hiss edirik. Premyer Liqada bizim kimi azarkeşi olan klub yoxdur. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Sadəcə bir az səbrli olmaq lazımdır”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43